Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Facebook” istifadəçisi şəxsi səhifəsində post paylaşaraq çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır, cinayətkarlıqla qətiyyətli mübarizə apardıqlarına görə təşəkkürünü bildirir.  

Vətəndaş Aysel Bayramova ünvanladığı müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək minnətdarlığını bildirir.

Jurnalist Könül Soltanova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Mingəçevir şəhər sakini Qahirə Bağırova

Balakən şəhər sakini Elçin Bodurov təşəkkür məktubunda axşam saatlarında avtomobilində yaranan nasazlıqla əlaqədar yolda qalan zaman göstərdikləri köməkliyə görə, RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Məzahir İsmayılov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Firduzə Səfərova təşəkkür məktubunda ona qarşı dələduzluq edilməsi ilə bağlı müraciətinin obyektiv araşdırılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığnı bildirir.

Mingəçevir şəhər sakini Sabirə Mahmudova müraciətinin müsbət həllinə görə, ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Asif Allahyarov təşəkkür məktubunda müraciətinin müsbət istiqamətdə həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.