Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakinləri Sücaət Qüdrətova və Elçin Tağıyev təşəkkür məktublarında müraciətlərinə operativ reaksiya verdiklərinə görə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Elgün İbrahimli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakinləri Rasim Mirzəyev, Kamil Qasımov, Şəfaiq İmamquliyeva və Elnur Məmmədov etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Tovuz rayon sakini Arzu Əsgərov məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Tovuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin üzvləri Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.  

Goranboy rayon sakini Aytən Cəfərova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir. 

Gəncə şəhər sakinləri Ceyhun Hüseynov və Yasin Allahverdiyev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.

Sumqayıt şəhər sakini Faiq Surxayev avtomobilinin naməlum şəxs tərəfindən vurularaq hadisə yerindən qaçması ilə bağlı etdiyi müraciətə operativ reaksiya verilərək həmin sürücünün qısa zaman kəsiyində tapılmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Bakı Şəhər Yol Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Türrə Cəfərova tanışı tərəfindən təhdid olunması ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.