Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağcabədi rayon sakini Salman Alxasov məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə  minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Elmir İbrahimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə əlaqədar müraciətinin Səbail RPİ-nin 8-ci Polis Bölməsində obyektiv araşdırıldığını qeyd edir. E.İbrahimov ona dəymiş maddi ziyanın da ödətdirilməsində göstərilən köməkliyə görə 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Türkiyə Respublikasının vətəndaşı Kübra Açıkgöz DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şamaxı şəhər sakini Valeh Əliyev DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq probleminin aradan qaldırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Emin Rəhimov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Laçın rayon sakini Ramil Əbdüləzimov müraciətinə göstərilən operativ reaksiyaya və ona dəymiş ziyanın ödənilməsində edilən köməkliyə görə Laçın RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakinləri Zemfira Vəliyeva və Uraman Şirinov etdikləri müraciətlərin müsbət həllini tapmasına görə minnətdarlıqlarını bildirirlər.

Mənsur Abbaszadə və Səxavət Səlimov müraciətlərinin obyektiv araşdırılmasına görə Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.

Lənkəran rayon sakini Elnurə Əhədova və Zəminə Kərimova DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətlərinin obyektiv şəkildə araşdırılmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.