Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.08.2017 - Tərtər rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Zabil Məmmədov...
Tərtər rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Zabil Məmmədov göndərdiyi məktubda bildirir ki, cəbhəboyu ərazilərdə inşa edilmiş polis məntəqələri vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Z.Məmmədov buna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.08.2017 - İsmayıllı şəhər sakini Ruhiyyə Süleymanova bir qrup rayon sakininin adından...
İsmayıllı şəhər sakini Ruhiyyə Süleymanova bir qrup rayon sakininin adından göndərdiyi məktubda problemlərinin həll edilməsində göstərdikləri köməyə görə DİN rəhbərliyinə və RPŞ əməkdaşlarına təşəkkür edir.
25.08.2017 - Beyləqan şəhər sakini, təqaüddə olan polis mayoru Arzuman Süleymanov...
Beyləqan şəhər sakini, təqaüddə olan polis mayoru Arzuman Süleymanov göndərdiyi məktubda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə alarkən ona göstərilən yüksək tibbi xidmətdən məmnun qaldığını yazır.
25.08.2017 - Ağstafa rayon sakini Cavid Hüseynov göndərdiyi məktubda bildirir ki, polisə...
Ağstafa rayon sakini Cavid Hüseynov göndərdiyi məktubda bildirir ki, polisə etdiyi müraciətdən sonra ona dəymiş maddi zərər ödənildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.08.2017 - Bakı şəhər sakini Kənan Davudzadə etdiyi müraciətə polis tərəfindən çevik...
Bakı şəhər sakini Kənan Davudzadə etdiyi müraciətə polis tərəfindən çevik reaksiya verildiyinə görə təşəkkürünü bildirir.
17.08.2017 - Bakı şəhər sakini Ramil İsmayılov yazdığı minnətdarlıq məktubunda şəxsiyyət...
Bakı şəhər sakini Ramil İsmayılov yazdığı minnətdarlıq məktubunda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı ASAN xidmətə müraciət etdikdən sonra qısa zaman kəsimində sənədinin yenisi ilə əvəz olunmasında ona göstərdikləri köməyə görə həmkarlarımızdan razılığını ifadə edir.
17.08.2017 - Övladının daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul...
Övladının daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul olunmasına görə Tərtər rayon Əskipara kənd sakini Oqtay Əliyev DİN rəhbərliyinə təşəkkürünü bildirir.
17.08.2017 - Bakı şəhər sakini Cavid Hacıyev Səbail RPİ əməkdaşlarının cinayətkarlıqla...
Bakı şəhər sakini Cavid Hacıyev Səbail RPİ əməkdaşlarının cinayətkarlıqla mübarizəsindən, xidməti fəaliyyətindən razılığını bildirir.
17.08.2017 - Tərtər rayon Hacıqərvənd kənd sakini Qənifə Əliyeva sağlam, vətənpərvər və...
Tərtər rayon Hacıqərvənd kənd sakini Qənifə Əliyeva sağlam, vətənpərvər və layiqli gənclərin polisin sıralarına qəbul olunması zamanı heç bir kənar müdaxiləyə yol verilməməsindən, seçimin ədalətli və şəffaf keçirilməsindən razılığını bildirir.