Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ayxan Məlikov DİN rəhbərliyinə ünvanladığı məktubunda qızına məxsus velosipedin qısa zaman kəsiyində tapılıb onlara qaytarılmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sevinc Hüseynova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Tərtər rayon sakini Faiq Məmmədov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda razılıq və təşəkkürünü ifadə edir.

İmişli rayon sakini Mirzəxan Mirzəyev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşıldığına və obyektiv araşdırılmalar aparıldığına görə DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

İmişli rayon sakini Gülnamə Mustafayeva üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyi üçün DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Türkiyə Respublikasının vətəndaşı Özgür Celal Karataş üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Səbuhi Məhərrəmov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Elxan Hüseynov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Suraxanı RPİ Narkotiklərlə Mübarizə Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Vüsal Cəfərov dostunun zəhərləndiyini, yaxınlıqda olan polis əməkdaşlarının ona ilkin tibbi yardım göstərərək xəstəxanaya aparılmasında köməklik göstərdiklərini yazır. Dostunun həyatını xilas etdiklərinə, eləcə də xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə, Abşeron RPİ PPXB-nün rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.