Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Zərdab rayonunun Qoruqbağı kənd sakini Məzahir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Rəşad Xəlilovun fəaliyyətindən razılıq edir və minnətdarlığını bildirir.

Zərdab rayon sakini Rövşən Mirzəyev DİN-ə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupundakı şəffaflığı,vətəndaşlarla xoş və səmimi rəftarı yüksək qiymətləndirir.

Salyan rayon sakini Vüqar Əsədovun DİN-ə ünvanladığı təşəkkür məktubunda Bakı şəhəri ərazisində avtomobiliylə hərəkətdə olan zaman DYP əməkdaşı tərəfindən saxlanıldığını və onun barəsində görülmüş tədbirlə bağlı razılaşmadığı üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə dəvət olunduğunu, mövcud durumun ətraflı izah edilməsinə görə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fidan Aslanzadə DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda mənzilində baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında və oğurluğu törədən şəxsin yaxalanmasında göstərdikləri yüksək peşəkarlığa görə Xəzər RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəki şəhər sakini Mehdi Əsgərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati həbs olunduğu müddətdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində göstərilən münasibətə, yaradılan şəraitə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Qusar rayonunun Ləcət kənd sakini Tələt Tağıyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin həllində göstərilən köməyə görə Qusar Rayon Polis Şöbəsinin rəhbərliyinə öz təşəkkürünü bildirir.

Qusar şəhər sakini Əzimə Əlimova DİN-ə ünvanladığı məktubunda yaşadıqları evin qapısının ehtiyatsızlıqdan bağlanaraq iki azyaşlı nəvəsinin evdə köməksiz vəziyyətdə qaldığını bildirmişdir. O, həmin vaxt köməyə gələn polis əməkdaşlarının nəvələrinin başlarına gələ biləcək bədbəxt hadisənin qarşısını aldıqlarına görə başda DİN rəhbərliyi olmaqla, Qusar RPİ-nin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığını bildirir.

Polis veteranları Adil Həsənov, Habil Əlişanov, Ələsgər Bədəlov, Mirzəağa Usubov və Dövlət Səfərəliyev "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunduqlarına görə DİN rəhbərliyinə təşəkkür edirlər.

Bakı şəhər sakini Kəmalə Məmmədova xanım sürücülərə göstərdikləri səmimiyyətə və xoş rəftara görə həmkarlarımıza təşəkkür edir.