Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.04.2019 - Sabirabad rayonunun Kovlar kənd sakini Nahid Həmzəyev DİN rəhbərliyinə...
Sabirabad rayonunun Kovlar kənd sakini Nahid Həmzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onun qızına məxsus mobil telefonun tapılıb qaytarılmasında köməklik göstərən Yasamal RPİ-nin 29-cu PB-nin rəisi Rahid Nağıyevə və əməkdaşlarına minnətdarlıq edir.
16.04.2019 - “Tolerant Azərbaycan” qəzetinin baş redaktoru Həsrət Rüstəmov DİN...
“Tolerant Azərbaycan” qəzetinin baş redaktoru Həsrət Rüstəmov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə Sabirabad RPŞ-nin rəisi Namiq Camalovun fəaliyyətindən məmnunluğunu bildirir.
16.04.2019 - Salyan rayonunun Yenikənd kənd sakini Ələddin Fərəcov DİN rəhbərliyinə...
Salyan rayonunun Yenikənd kənd sakini Ələddin Fərəcov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Salyan RPŞ-nin rəisi Cəbrayıl Vəliyevdən razılığını ifadə edir.
16.04.2019 - Sabirabad rayonunun Şəhriyar kənd sakini Qiyas Tağıyev DİN rəhbərliyinə...
Sabirabad rayonunun Şəhriyar kənd sakini Qiyas Tağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ağır xəstə olan oğlunun xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə BDYPİ-nin 12-ci tağımının əməkdaşı Fariz Cavadova və İlham Bayramova minnətdarlıq edir.
15.04.2019 - Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini ünvanladıqları təşəkkür...
Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini ünvanladıqları təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə görə DİN rəhbərliyinə və Astara RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.
15.04.2019 - Cəbrayıl rayon sakini Ədalət Nəbiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Cəbrayıl rayon sakini Ədalət Nəbiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evdən çıxaraq naməlum istiqamətə gedən oğlunun yerinin müəyyən olunaraq tapılmasında göstərdikləri köməyə görə Sabirabad rayonu ərazisindəki Dövlət Yol Polisi postunun əməkdaşlarına minnətdarlığını bildirir.
15.04.2019 - Astara rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın qorunmasına, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirovdan razılığını ifadə edir.
15.04.2019 - Astara rayonunun Pensər kənd sakini Tofriqə Bağırova DİN rəhbərliyinə...
Astara rayonunun Pensər kənd sakini Tofriqə Bağırova DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda üzləşdikləri dələduzluq faktı ilə bağlı müraciətlərinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində obyektiv araşdırılmasına və onlara dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.
15.04.2019 - Astara rayonunun Təngərüd kənd sakini Elxan Şahyarov DİN rəhbərliyinə...
Astara rayonunun Təngərüd kənd sakini Elxan Şahyarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən qəfildən halının pisləşdiyi zaman RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru İlham Tağıyevin ona yaxınlaşaraq ilkin tibbi yardım göstərdiyini və xəstənaya çatdırılmasında köməklik etdiyini bildirir və buna görə öz minnətdarlığını ifadə edir.