Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.02.2023 - Şəhid anası Şahsoltan Əhmədova
Şəhid anası Şahsoltan Əhmədova müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
14.02.2023 - Vətəndaş Rəhimə Qasımzadə
Vətəndaş Rəhimə Qasımzadə müraciətinə operativ və obyektiv şəkildə baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.02.2023 - Vətəndaş Vüqar Abbasov
Vətəndaş Vüqar Abbasov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.O, şikayətinə operativ şəkildə baxılmasına görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.02.2023 - Vətəndaş İlhamiyyə Əliyeva
Vətəndaş İlhamiyyə Əliyeva sosial şəbəkədə tanımadığı şəxs tərəfindən pul vəsaitinin ələ keçirilməsi ilə bağlı şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.
14.02.2023 - Vətəndaş Afər Əliyev
Vətəndaş Afər Əliyev şikayətinə tez bir zamanda baxılaraq hüquqlarının bərpa olunmasında ona göstərdikləri köməkliyə görə Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.02.2023 - Sosial şəbəkə istifadəçisi Bəhruz Əzizov
Sosial şəbəkə istifadəçisi Bəhruz Əzizov etdiyi müraciətə Neftçala Rayon Polis Şöbəsində operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14.02.2023 - Sosial şəbəkə istifadəçisi Rövşən Ocaqov
Sosial şəbəkə istifadəçisi Rövşən Ocaqov xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
14.02.2023 - Beyləqan rayon sakini, şəhid atası İsmayıl Rüstəmov
Beyləqan rayon sakini, şəhid atası İsmayıl Rüstəmov müraciətinin müsbət həll olunmasına görə Beyləqn RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
14.02.2023 - Bərdə rayon sakini Vəliyəddin Xankişiyev
Bərdə rayon sakini Vəliyəddin Xankişiyev müraciətinin müsbət həll olunmasına görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.