Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.10.2018 - Zərdab rayon sakini Tofiq Rzayev şikayət ərizəsinə qısa zaman kəsiyində...
Zərdab rayon sakini Tofiq Rzayev şikayət ərizəsinə qısa zaman kəsiyində baxdığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə RPŞ-nin təhqiqatçısı, polis mayoru Məsud Rəhimova minnətdarlığını bildirir.
23.10.2018 - Bakı şəhər sakini Afət İsrafilova üzləşdiyi problemin həllində göstərdiyi...
Bakı şəhər sakini Afət İsrafilova üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin və Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə təşəkkür edir.
19.10.2018 - Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Neman Eminov DİN rəhbərliyinə...
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Neman Eminov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Goranboy RPŞ-nin rəisi Ramin Qədirovun yüksək idarəçilik fəaliyyətinə görə öz minnətdarlığını bildirir.
19.10.2018 - Yevlax rayon “Cümə” məscidinin axundu Namiq Əliyev DİN rəhbərliyinə...
Yevlax rayon “Cümə” məscidinin axundu Namiq Əliyev DİN rəhbərliyinə ünvanladığı məktubunda ictimai asayişin və sabitliyin qorunmasında göstərdikləri xidmətlərə görə polisin fəaliyyətindən məmnunluğunu ifadə edir, Yevlax RPŞ-nin rəisi Vaqif Müslümovun xidməti fəaliyyətindən razılıq edir.
18.10.2018 - Cəlilabad şəhər sakini Yaşar Nağıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Cəlilabad şəhər sakini Yaşar Nağıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və asayişin qorunmasına, polis orqanlarında çalışan əməkdaşların peşəkarlığının yüksək səviyyəyə çatdırılmasına, gənc kadrlara yaradılan şəraitə və onların vəzifədə irəli çəkilmələrinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.10.2018 - Goranboy rayon sakini Hüseyn İbrahimov DİN-ə ünvanladığı məktubunda övladının...
Goranboy rayon sakini Hüseyn İbrahimov DİN-ə ünvanladığı məktubunda övladının daxili işlər orqanlarına şəffaflıq şəraitində qəbuluna, ümumiyyətlə gənc əməkdaşların peşəkarlığının artırılması, xidmətdə etimad göstərilərək irəli çəkilməsinə, onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
18.10.2018 - Qazax rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür...
Qazax rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Qazax RPŞ-nin rəisi Ədalət Əliyevdən razılıq edir və minnətdarlığını ifadə edir.
18.10.2018 - Bakı şəhər sakini Tahirə İsgəndərova üzləşdiyi dələduzluq faktı ilə əlaqədar...
Bakı şəhər sakini Tahirə İsgəndərova üzləşdiyi dələduzluq faktı ilə əlaqədar müraciətinə qısa müddətdə baxılaraq şikayətinin təmin edilməsində və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.10.2018 - Şabran şəhər sakini Elxan Həsənzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Şabran şəhər sakini Elxan Həsənzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda nəvəsinin velosipedinin oğurlanması ilə bağlı etdiyi müraciətə tez bir zamanda baxılması və oğurlanmış velosipedin tapılıb qaytarılmasına görə Şabran RPŞ-nin rəhbərliyinə və polis sahə rəisi Mütəllim Məhərrəmova minnətdarlığını bildirir.