Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.01.2019 - Bakı şəhər sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Natiq...
Bakı şəhər sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Natiq Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Biləsuvar rayonu ərazisində qarşılaşdığı problemin həllində ona və ailə üzvlərinə yardım göstərdiklərinə görə polis əməkdaşları Daşqın Quliyev və Araz Rzayevə minnətdarlığını bildirir.
11.01.2019 - Bakı şəhər sakini Anar Qazıbəyov öz təşəkkür məktubunda üzləşdiyi çətinliklə...
Bakı şəhər sakini Anar Qazıbəyov öz təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı ona göstərilən köməkliyə, həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə və cinayətkarlığa qarşı aparılan mübarizəyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.01.2019 - Masallı rayonunun Öncəqala kənd sakini Müstəqim Bəşirov DİN rəhbərliyinə...
Masallı rayonunun Öncəqala kənd sakini Müstəqim Bəşirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bakı şəhəri ərazisində axşam saatlarında hərəkətdə olarkən özünə məxsus avtomobildə nasazlıq yaranan zaman Səbail RPİ-nin DYP şöbəsinin yol patrul xidmətinin inspektoru Elşən Əsədovun yaxınlaşaraq qısa zamanda bu nasazlığı aradan qaldırdığını bildirir və öz minnətdarlığını ifadə edir.
11.01.2019 - Bərdə rayonu Qaradağlı kənd sakini Əli Yunuslu DİN rəhbərliyinə ünvanladığı...
Bərdə rayonu Qaradağlı kənd sakini Əli Yunuslu DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Hacıqabul RPŞ-nin rəisi Məmməd Hüseynov və onun müavini Azər Hüseynovdan razılıq edir.
08.01.2019 - Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Əliyar Babakişiyev etdiyi...
Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Əliyar Babakişiyev etdiyi müraciətə çevik reaksiya verildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
08.01.2019 - Astara rayonunun Vaqo kənd sakini Şöhrət Əliyev DİN rəhbərliyinə ünvanladığı...
Astara rayonunun Vaqo kənd sakini Şöhrət Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Məhkəməsinin qərarı ilə inzibati həbsdə olduğu müddətdə Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin əməkdaşlarının sərgilədikləri nümunəvi davranışa görə öz minnətdarlğını ifadə edir.
08.01.2019 - Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə...
Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayonda cinayətkarlığa qarşı mübarizənin uğurla aparılmasına, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovdan razılığını ifadə edir.
08.01.2019 - Göyçay rayon sakini Rəhman Mirzəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Göyçay rayon sakini Rəhman Mirzəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qarşılaşdığı problemin həllində ona göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
08.01.2019 - Mingəçevir şəhər sakini Cəfər Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Mingəçevir şəhər sakini Cəfər Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində ictimai asayişin və sabitliyin qorunmasında polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edir.