Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Türkel Abdıyeva şəxsi avtomobilində idarəetmə itirərək yol-nəqliyyat hadisəsi törətdiyini, maşında sıxışaraq qaldığını yazır. Bildirir ki, hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları onu avtomobildən çıxarmış, eləcə də təcili tibbi yardım çağıraraq ona tibbi yardımın göstərilməsini təmin etmişlər. Göstərdikləri yardıma, fədakarlıq xidmətə görə Pirallahı RPİ Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər Xətai rayon sakini Dilşad Məmmədova içərisində mühüm sənədlər və pul olan cüzdanını itirməsi ilə bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də ona qaytarılmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir. 

Vətəndaş Vilayət Bağırov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Elman Əkbərov vətəndaş məmnunluğunun təmin edilməsi, polis-vətəndaş münasibətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda vətəndaş müraciətlərinə operativ reaksiya verilərək müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Gülnar Bayramova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Fatma Əlləzova məruz qaldığı talama ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Rizvan Həmzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı DİO əməkdaşlarına müraciət etdiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Humay İmanova üzləşdiyi məişət problemi ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə həssaslıqla yanaşılaraq operativ baxıldığını, araşdırma aparılmaqla müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Anar Məmmədov bir şəxs tərəfindən təzyiqlərə məruz qaldığı ilə bağlı polis orqanına etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.