Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elvira Rüstəmova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda həyat yoldaşı Valeh Rüstəmovun yenidən DİO-ya bərpa edilməsində göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Yevlax rayon sakini Bəhman Jülmalıyevin DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda yol polisi əməkdaşlarının işindən razılıq edir və təşəkkürünü bildirir.

Bakı şəhəri Nəsimi rayonu 164 nömrəli məktəbin müdiriyyəti və müəllim kollektivi DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Nəsimi Rayon Polis İdarəsinin məktəbdə keçirldikləri maarifləndirmə tədbirlərindən razılıq edir və minnətdarlıqlarınıı bildirirlər.

Göyçay rayon sakini Ramal Əliyev və həmkəndliləri inam və etibarlarından istifadə edərək işləmək adı ilə Rusiyaya aparıldıqdan sonra əmək haqlarını vermədiyinə, onlara qarşı haqsızlıq etdiyinə görə Zərdab rayon sakini Fəxrət Mahmudovdan DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər. Zərərçəkənlər, etdikəri müraciətə anındaca reaksiya verildiyinə, məsələyə qanun çərçivəsində yanaşıldığına və pozulmuş hüquqlarının bərpasına görə polisə təşəkkür edirlər.

Masallı rayon sakini Kərim Hacıyev, Ağcabədi rayon sakini Vaqif Səfərov və Bakı şəhər sakini İlkin Əhmədov DİN-ə ünvanladıqları təşəkkür məktublarında cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında polisin rolunu yüksək qiymətləndirirlər.

Masallı rayon sakini Stəkan Məmmədova RPŞ-yə etdiyi müraciətdən sonra 20 il bundan əvvəl itkin düşmüş hesab edilən qızı Bahar Məmmədovanın Tatyan kənd sakini Vüqar İsayev tərəfindən öldürülməsi cinayətinin açılmasına görə RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Təqaüddə olan polis mayoru Vaqif Kəlbiyev səhhəti ilə əlaqadar DİN-in A. Heydərov adına Respublika Hospitalına müraciət etdikdən sonra tibbi personala, xüsusən də Terapiya şöbəsinin əməkdaşlarına onun vəziyyətinin yaxşılaşmasında göstərdikləri köməyə görə təşəkürünü bildirir.

Mingəçevir şəhər sakini müraciətinə vaxtında baxıldığına, vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərinə, humanist yanaşmaya və səmimi münasibətə görə Azərbaycan Polisinə təşəkkür edir.

“Xəzər” Azərbaycanlıların Milli-Mədəni Mərkəzinin sədri Vidadi Ağayev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qazaxstandakı nümayəndəsi, polis polkovniki Nəsimi Şikarovun bu ölkədə yaşayan azərbaycanlıların müraciətinə, problemlərinə həssaslıqla yanaşmasından söhbət açır, gənc olmasına baxmayaraq olduqca peşəkar, vəzifə borcunu vicdanla yerinə yetirən, dövlətinə, xalqına və Vətəninə sadiq olan həmkarımızdan razılığını ifadə edir.