Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İsmayıllı rayon sakini Məryəm Hüseynova üç baş heyvanının tapılmasında göstərdikləri köməyə görə RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Rafət Şıxəliyev vətəndaşlarla xoş ünsiyyət quraraq polisə rəğbət hissi yaradan Səbail RPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Emin Cavadova təşəkkür edir.

Qazax rayon sakini Vəkil Rüstəmov RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Masallı rayon sakini Aqil Əkbərov göndərdiyi məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran Regional Qeydiyyat və Texniki Baxış Şöbəsinin fəaliyyətindən razılığını bildirir.

Bakı şəhər sakini Ravin Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda Cəlilabad Rayon Polis Şöbəsinin fəaliyyətindən razlığını bildirir, rayon ərazisində sabitliyi qoruyan, cinayətkarlıqla ciddi mübarizə aparan, yollarda təhlükəsizliyi təmin edən həmkarlarımıza minnətdarlığını ifadə edir.

Lənkəran şəhər sakini, polis veteranı Asif Ağayev DİN-n Arif Heydərov adına Respublika Hospitalında aldığı müalicədən sonra səhhətində olan problemlərin aradan qaldığına və tibbi personalın xoş münasibətinə görə təşəkkür edir.

Astara rayon sakini Ələkbər İsayev Astara RPŞ-nin fəaliyyətindən razılığını ifadə edir.

Tovuz rayon sakini Ziyat Bağırov DİN-ə ünvanladığı təşəkkür məktubunda rayonda qanunazidd əməllərə qarşı mübarizədə polisin rolunu yüksək qiymətləndirir.

Bakı şəhər sakini Əkbər Samir DİN-ə göndərdiyi şikayət ərizəsinə aidiyyatı üzrə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən baxıldığına və ona dəymiş ziyanın tam ödənildiyinə görə minnətdarlığını ifadə edir.