Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin rəhbərliyi Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi 20/22 ünvanında yaşayan kimsəsiz və əlillərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsində göstərdikləri köməyə görə, Xəzər RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşlarına dərin minnətdarlığını bildirir.

Yasamal rayon sakini İkram Əmirxanov göndərdiyi teleqramda bildirir ki, ona Novruz Bayramov tərəfindən vurulmuş ziyanla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. İdarənin əməkdaşları tərəfindən müraciətə baxılıb və məsələ öz həllini tapıb. İ. Əmirxanov buna görə, DİN rəhbərliyinə təşəkkür edir.

Ağsu rayon sakini Almaz Əmirova göndərdiyi teleqramda yazır ki, RPŞ-yə etdiyi müraciət tez bir zamanda təmin edilib. Vətəndaş polisin fəaliyətindən razılığını bildirir.

Lənkəran şəhər sakini Təranə Fərəcova göndərdiyi teleqramda bildirir ki, üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN rəhbərliyinə müraciət edib. Müraciətə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxılıb. Qısa müddət ərzində cinayəti törətmiş şəxs saxlanılıb və o, dələduzluq yolu ilə əldə etdiyi 4500 manatı zərərçəkmişə qaytarıb. T. Fərəcova buna görə, DİN rəhbərliyinə və BMCMİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Salman Cəlilov göndərdiyi məktubundan bildirir ki, DİN rəhbərliyinə müraciət etdikdən sonra şikayətinə Baş İstintaq və Təhqiqat İdarəsində baxılıb. Polis əməkdaşlarının səyi nəticəsində vətəndaşın problemi həll edilib və qohumu tərəfindən ona dəymiş ziyan tam həcmdə ödətdirilib. S. Cəlilov buna görə, DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaşlardan Maya Musayeva və İlkin Bağırov DİN-ə ünvanladıqları məktublarında polisin fəaliyyətindən razılığını bildirir və ölkəmizdə ictimai asayişin qorunmasında, təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının rolunu yüksək qiymətləndirirlər.

Şüvəlan qəsəbə sakini Ramin Abbasov göndərdiyi məktubunda qeyd edir ki, 12.05.2017-ci il tarixində ona qarşı quldurluq edilib. Zərərçəkən bununla bağlı Xəzər RPİ-yə müraciət edib. Polis əməkdaşlarının səyi nəticəsində cinayətin üstü tez bir zamanda açılıb və hadisəni törətmiş şəxs saxlanılaraq istintaqa təhvil verilib. Vətəndaş polisin məsələyə çevik reaksiyasına görə, DİN rəhbərliyinə və Xəzər RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Validə Məmmədova göndərdiyi məktubunda yazır ki, üzləşdiyi problemlə bağlı DİN rəhbərliyinə müraciət edib. Şikayətə Xəzər RPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən baxılıb və məsələ 3 gün ərzində öz həllini tapıb. V. Məmmədova buna görə, DİN rəhbərliyinə və Xəzər RPİ 1-ci Polis Bölməsinin əməkdaşı mayor Nəbi Orucova təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fərid Bayramov övladının xaricdə müayinəsi üçün təcili şəkildə pasport dəyişdirilməsi ilə bağlı DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edib. Baş İdarənin əməkdaşlarının gördüyü tədbirlər nəticəsində vətəndaşın üzləşdiyi problem qısa zaman kəsiyində həll olunub. F.Bayramov DİN-ə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının müraciətinə bu qədər həssas yanaşmalarına görə təşəkkür edir.