Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ucar rayon sakini Hacı İbrahimov məktubunda müraciətinin müsbət həll olunmasına görə Göyçay RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Şirvan şəhər sakini İqbal Mikayılov DİN-nə ünvanladığı məktubunda DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Elçin Mehtiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Şirvan şəhər sakini, Səmayə Nuriyeva DİN-nə ünvanladığı məktubunda şəhid ailəsi olaraq onlara göstərilən diqqət və qayğıya görə  DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Salyan rayon sakini Mayis Nəcəfov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda YNH ilə bağlı aparılan obyektiv araşdırmalara görə DİN rəhbərliyinə  və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fərid Məcidli müraciətinə operativ və obyektiv şəkildə baxılaraq problemlərinin həllini tapmasında ona göstərilən köməkliyə DİN rəhbərliyi başda olmaqla daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Vətəndaş Nigar Aslanova DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə müraciətinə operativ şəkildə baxılaraq yaranmış problemin aradan qaldırılmasında ona göstərdikləri köməkliyə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ceyhun Əliyev DİN rəhbərliyinə ünvanladığı onlayn müraciətdə Baş Dövlət Yol Polisi əməkdaşlarının xidməti fəaliyyətindən razılığını qeyd edir, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Fərid Məcidli vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir, şikayətinə operativ şəkildə baxılaraq müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.