Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.01.2018 - Sаbirаbаd rаyоn sаkini Еlşən Qəhrəmаnоv həyətindən еv quşlаrının оğurlаnmаsı...
Sаbirаbаd rаyоn sаkini Еlşən Qəhrəmаnоv həyətindən еv quşlаrının оğurlаnmаsı ilə əlаqədаr Sаbirаbаd RPŞ-yə еtdiyi mürаciətə qısa zaman kəsiyində bахıldıqdan sonra şübhəlilərin tеz bir zаmаndа tutulub məsuliyyətə cəlb оlunmаsınа görə pоlis əməkdаşlаrınа minnətdаrlıq еdir.
10.01.2018 - Bakı şəhər sakini Səyarə Heydərova pul kisəsi və sənədlərini itirməsiylə...
Bakı şəhər sakini Səyarə Heydərova pul kisəsi və sənədlərini itirməsiylə bağlı etdiyi müracətə Nəsimi RPİ tərəfindən çevik reaksiya verildiyinə və polis əməkdaşı Vüsal Aslanov tərəfindən tapılmasına görə təşəkkürünü bildirir.
10.01.2018 - Astara rayon sakini Müslüm Mustafayev yazır ki, yol-nəqliyyat hadisəsi...
Astara rayon sakini Müslüm Mustafayev yazır ki, yol-nəqliyyat hadisəsi nəticəsində övladı dünyasını dəyişmişdir. O, hadisənin obyektiv araşdırılmasına, zərərçəkmiş şəxs olaraq onlara göstərdiyi səmimi münasibətə görə həmkarımız Fuad Şirinova təşəkkürünü bildirir.
10.01.2018 - Sabirabad rayon sakini Lusya İmanova övladının daxili işlər orqanlarına bərpa...
Sabirabad rayon sakini Lusya İmanova övladının daxili işlər orqanlarına bərpa edilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
10.01.2018 - Bakı şəhər sakini Hikmət Kazımov üzləşdiyi problemin həllində göstərdikləri...
Bakı şəhər sakini Hikmət Kazımov üzləşdiyi problemin həllində göstərdikləri köməyə görə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
10.01.2018 - Bakı şəhər sakini Rəna Əkbərova, Şəki şəhər sakini Sura Abbasova və Samux...
Bakı şəhər sakini Rəna Əkbərova, Şəki şəhər sakini Sura Abbasova və Samux rayon sakini İlkin İsmayılzadə DİN-ə ünvanladıqları təşəkkür məktublarında daxili işlər orqanları əməkdaşlarından razılıqlarını ifadə edirlər.
10.01.2018 - Bakı şəhər sakini Səadət Vəliyeva etdiyi müraciətə Baş Mütəşəkkil...
Bakı şəhər sakini Səadət Vəliyeva etdiyi müraciətə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxıldığına, aparılan araşdırmalardan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığına və ona dəymiş ziyanın ödənildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
10.01.2018 - Hacıqabul rayon sakini Həsənağa Seyidov ona dəymiş ziyanın ödətdirilməsində...
Hacıqabul rayon sakini Həsənağa Seyidov ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Qaradağ RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
09.01.2018 - Ağstafa şəhər sakini Rauf Qəniyev DİN-ə ünvanladığı məktubunda cinayətkar...
Ağstafa şəhər sakini Rauf Qəniyev DİN-ə ünvanladığı məktubunda cinayətkar dəstəni zərərsizləşdirdiklərinə görə şöbənin əməkdaşlarına təşəkkürünü bildirir.