Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi öz paylaşımında polis əməkdaşlarının xidməti fəaliyyətlərinin öhdəsindən layiqincə gəldiyini bildirir və ictimai asayişin qorunmasına görə minnətdarlığını ifadə edir.

Biləsuvar rayon sakini Rüfət Cəbrayılzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Oğuz rayon sakini Ulduz Valehova təşəkkür məktubunda ölkəmizdə ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə, DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Zəhra Hacıyeva müraciətinin obyektiv və hərtərəfli araşdırılmasına görə, ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Eldəniz Babayev təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə və Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini, şəhid anası Cəmilə Şindiyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ramin Musayev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, yol polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Space TV-nin aparıcısı Amil Xəlil DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə şikayətinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında ona göstərilən köməyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Səbuhi Mustafayev itirdiyi mobil telefonunun tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.