Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Hacıqabul rayonunun bir qrup sakini ölkə Prezidentinin tapşırığına əsasən bölgələrdə vətəndaşların üzləşdikləri problemləri öyrənmək məqsədi ilə keçirilən qəbullara diqqət çəkərək yazırlar ki, DİN rəhbərliyinin vətəndaşları fərdi qaydada qəbulu, onların problemlərini dinləməsi, müraciətlərin qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün verilən tapşırıqlar xalqla dövlət arasında olan bağların möhkəmlnməsinə xidmət edir, Azərbaycan Polisinə olan inamı və etibarı daha da artırır.

Qusar rayonu Hil kənd sakini Babaxanov Balaxan üzləşdikləri problemlərin həllində onlara yaxından və vaxtında köməklik göstərən, vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirən RPŞ əməkdaşlarından razılığını ifadə edir.

Daşkəsən rayon sakini Məhəmmədəli Cabbarov sabitliyin keşiyində durmaqla yanaşı, insanların sağlamlığını da diqqət mərkəzində saxlayan və son günlər mənşəyi bilinməyən ət və ət məhsullarının aşkar edilməsində göstərdiyi əsl vətəndaşlıq yanğısına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Astara rayonundan bir qrup sakin yazır ki, son zamanlar narkotik alverçilərinə, narkotik qaçaqmalçılarına və avtoxuliqanlara qarşı polis tərəfindən aparılan qətiyyətli mübarizə rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır ki, bu da polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verir.

Sumqayıt şəhər sakini Vüqar Rzayev, Bakı şəhər sakinləri Təranə Hüseynova və Mirsəttar Nəzərli polis adını və andını uca tutan həmkarlarımızdan razılıqlarını ifadə edirlər.

Bakı şəhər sakini Zülfünaz Rəcəbova bacısı qızının pozulmuş huquqlarının bərpasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sabunçu rayon sakini Tükəzban Bayramova övladını işə düzəltmək üçün Xəzər Rayon Polis İdarəsinə etdiyi müraciətə qısa müddət ərzində baxıldıqdan sonra RPİ-yə mülki işçi kimi götürülməsindən məmnun qaldığını yazır və DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Alı Abdullayev ictimai asayişin təmin edilməsində, cinayətkarlığa, narkomaniyaya və digər qanunazidd əməllərə qarşı mübarizədə polisin rolunu yüksək qiymətləndirir.

Əlixan Əliyev və Sahibə Rəsulova günü-gündən gözəlləşən Mingəçevirdə ŞPŞ əməkdaşlarının cinayətkarlıqla mübarizəsindən, gənclərimizin taleyini, sabahını düşünərək məktəblərdə və əmək kollektivlərində narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirdikləri tədbirlərdən razılığını bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirirlər.