Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.08.2023 - Bakı şəhər Nizami rayon sakini Qurban Cəfərzadə
Bakı şəhər Nizami rayon sakini Qurban Cəfərzadə atasının üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü yazır.
17.08.2023 - Vətəndaş Mübariz Hacılı
Vətəndaş Mübariz Hacılı bacısı oğlunun dələduzluğa məruz qaldığını, məsələnin həlli üçün polisə müraciət etdiyini yazır. Bildirir ki, qısa zaman çərçivəsində sözügedən əməli törədən şəxslər məsuliyyətə cəlb olunmuş, eləcə də onlara dəymiş maddi ziyan tam ödətdirilmişdir. Göstərdikləri köməkliyə görə Abşeron RPİ İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.08.2023 - Müğənni Nura Suri
Müğənni Nura Suri pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
17.08.2023 - Sosial şəbəkə istifadəçisi Emil Fərzəliyev
Sosial şəbəkə istifadəçisi Emil Fərzəliyev avtomobilindən düşərkən tələsdiyini, yan ön şüşəni qaldırmağı unutduğunu yazır. Bildirir ki, avtomobilin şüşəsinin açıq olması ərazidə xidmət aparan polis əməkdaşının diqqətindən yayınmayıb, ona zəng edərək bu haqda məlumat verib və mühafizəsini təmin edib. Asayiş keşikçisinin qürurverici, eləcə də məsuliyyətli davranışına görə DİN rəhbərliyinə minnətdarlığını yazır.
15.08.2023 - Vətəndaş Rövşən Şıxəliyev
Vətəndaş Rövşən Şıxəliyev baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına görə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.O, Azərbaycan Polisinin vətəndaşlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirir.
15.08.2023 - Vətəndaş Əhəd Muxtarlı
Vətəndaş Əhəd Muxtarlı dələduzluğa məruz qalması ilə bağlı şikayətinə operativ və obyektiv baxılaraq dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.08.2023 - Vətəndaş Dinara Quliyeva
Vətəndaş Dinara Quliyeva baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.
15.08.2023 - Şəhid ailəsi olan Elmira Məmmədova
Şəhid ailəsi olan Elmira Məmmədova müraciətinə həssaslıqla yanaşılaraq müsbət həllini tapmasında ona göstərilən köməkliyə, diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.08.2023 - ATVxəbər.az xəbər portalının yaradıçı kollektivi
ATVxəbər.az xəbər portalının yaradıçı kollektivi ictimai sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı qətiyyətli mübarizə tədbirlərinə, eyni zamanda vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.