Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhərindən Əlipənah Nuriyev DİN-ə ünvanladığı məktubunda lazımi sənədlərin alınmasında ona göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Sədrəddin Məmmədov göndərdiyi teleqramda bildirir ki, yaranmış problemlə bağlı DİN-nin Şəxsi Heyətlə İş İdarəsinə müraciət edib. İdarə əməkdaşları ona yaxından köməklik göstəriblər və problem qısa müddət ərzində öz həllini tapıb. Vətəndaş buna görə DİN rəhbərliyinə və Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Gəncə şəhər sakini, II qrup Qarabağ müharibəsi veteranı Qalib Zeynalov göndərdiyi məktubunda övladının A. Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində yüksək peşə hazırlığı keçdiyini yazır və orada yaradılan şəraitdən razılığını bildirir.

Bakı şəhər sakini Aqşin Məmiyev DİN-ə ünvanladığı məktubunda yazır ki, mayın 9-da ona məxsus avtomobilin qabaq qapılarının üzlüklərinin oğurlanması ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində hadisəni törətmiş şəxs tez bir zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. A. Məmiyev buna görə Xətai RPİ-nin 34-cü PB əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ələmdar Tomarov göndərdiyi məktubunda Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Valeh Nəbiyevin fəaliyyətindən razılığını bildirir və daxili işlər orqanlarında bu cür əməkdaşların çalışmasından qürur hissi keçirdiyini vurğulayır.

Vətəndaş Vaqif Kazımov DİN-ə ünvanladığı məktubunda qeyd edir ki, oğluna məxsus avtomobil Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində oğurlanıb. Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinə edilən müraciətdən sonra nəqliyyat vasitəsi tapılaraq sahibinə qaytarılıb. V. Kazımov buna görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin əməkdaşlarına öz dərin təşəkkürünü bildirir.

Bakı şəhər sakini Polad Poladov göndərdiyi məktubundan bildirir ki, 18.05. 2017-ci il tarixində Dənizkənarı Bulvarda, Xalça muzeyi və Kukla teatrı yaxınlığında “Velosipedlərin girişi qadağandır” yol nişanının qoyulmasına baxmayaraq, velosipedlərin həmin əraziyə girməsi ilə bağlı DİN-ə şikayət məktubu ünvanlayıb. Müraciətindən sonra vətəndaşla Səbail RPİ-nin əməkdaşı əlaqə saxlayıb və bildirib ki, şikayətlə bağlı ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verilib, iş ciddi şəkildə nəzarətə götürülüb. P. Poladov buna görə DİN rəhbərliyinə və Səbail RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Şəki Cəfərov göndərdiyi məktubunda barəsində yazılmış əsassız protokolun qısa zaman ərzində ləğv edilməsinə görə Səbail RPİ-nin əməkdaşlarına, xüsusilə, polis leytenantı Elşən Ağayevə təşəkkürünü bildirir.

Vətəndaş Turan Tağıyev ünvanladığı məktubunda 23.05.2017-ci il tarixində avtomobilinə vurulmuş maddi ziyanla bağlı DİN-nin rəsmi internet səhifəsinə elektron müraciət göndərdiyini və şikayətinə qısa müddət ərzində Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları tərəfindən baxıldığını qeyd edir. T. Tağıyev buna görə DİN rəhbərliyinə və Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşlarını minnətdarlıq edir.