Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini İndira Şəmsivari dünyanı təhdid edən bəlalarla, ən əsası terrorizmlə mübarizədə ölkəmizin qətiyyət göstərdiyini qeyd edərək yazır ki, bu gün Azərbaycanda olan sabitlik bütün dünya ölkələri üçün əsl örnəkdir. O, sabitliyin keşiyində, asayişin təminində digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisin də fəaliyyətini yüksək qiymətləndirir, Vətənə və dövlətə xidmətdə həmkarlarımızın əsl vətəndaş yanğısı nümayiş etdirdiklərini xüsusi vurğulayır.

Masallı rayon sakini Xatirə Cavadova üzləşdiyi problemlə bağlı RPŞ rəhbərliyinin qəbulunda olarkən göstərilən səmimi münasibətə görə DİN-ə ünvanladığı təşəkkür məktubunda razılığını ifadə edir.

Yardımlı rayon sakini Neman Hüseynov Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının korrupsiya və cinayətkarlıqla mübarizəsindən, məktəblərdə və əmək kollektivlərində narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirdikləri tədbirlərdən razılığını bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirir.

Gəncə şəhər sakini Nazilə Məmmədova üzləşdiyi problemin həllində göstərdiyi köməyə görə Samux RPŞ-nin rəhbərliyinə təşəkkür edir.

Şabran rayonu Ağalıq kənd sakini Etibar Kamilov DİN-ə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində sabitliyi qoruyan, cinayətkarlıqla ciddi mübarizə aparan, yollarda təhlükəsizliyi təmin edən həmkarlarımıza sakinlər adından minnətdarlığını ifadə edir.

Astara rayon sakini Səbuhi Camalov polisin fəaliyyətini yüksək qiymətləndirir, asayiş keşikçilərinə xidmətdə uğurlar arzulayır.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov göndərdiyi məktubunda Mingəçevir ŞPŞ əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir, onların ayıq-sayıq xidməti nəticəsində şəhərdə ictimai asayişin və təhlükəsizliyin təmin edildiyini vurğulayır və buna görə DİN rəhbərliyinə təşəkkür edir.

Nərimanov rayon sakini Məhəndis Nağıyev göndərdiyi teleqramda bildirir ki, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsinə qonşusu tərəfindən ziyan vurulub. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb. Etdiyi müraciətdən sonra DİN rəhbərliyinin göstərişi ilə vətəndaşa dəymiş ziyan ödətdirilib. Buna görə M. Nağıyev DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Biləcəri qəsəbə sakini Əlisahib Qasımov DİN-ə ünvanladığı məktubunda özünün və sakinlərin adından IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi vaxt “Ozan” dairəsi kimi tanınan ərazidə xidmət aparan DYP əməkdaşı, polis baş leytenantı Bakir Həsənova və onunla çiyin-çiyinə çalışan digər polis əməkdaşlarına hərəkəti düzgün təşkil etdiklərinə, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiklərinə görə təşəkkür edir.