Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vüsal İsgəndərov göndərdiyi məktubunda yazır ki, ona qarşı edilmiş dələduzluqla bağlı DİN rəhbərliyinə etdiyi müraciətdən sonra məsələyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxılıb. Aparılan araşdırma öz müsbət nəticəsini verib və vətəndaşa dəymiş ziyan ödətdirilib. V. İsgəndərov buna görə DİN rəhbərliyinə və BMCMİ-nin əməkdaşlarına təşəkkür edir.

Şirvan şəhər sakini Türkan Əliyeva göndərdiyi məktubunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin fəaliyyətini yüksək qiymətləndirir, ona dəymiş ziyanın ödənilməsində göstərdikləri köməyə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Pərvanə Cəfərova DİN-ə ünvanladığı məktubunda ona göstərdikləri köməyə görə Xəzər RPİ 1-ci Polis Bölməsinin əməkdaşları – Anar Hacıyevə və Azər Səmədova təşəkkür edir.

Astara rayonu Şiyəkənd kənd sakinləri göndərdikləri məktubda Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən razılıqlarını bildirir və DİN rəhbərliyinə minnətdarlıq еdirlər.

Bakı şəhər sakini Musa Əhmədov göndərdiyi məktubunda ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tеymur Məmmədov DİN-ə ünvanladığı məktubunda Qaradağ Rayon Polis İdarəsinin fəaliyyətindən və idarənin Təhqiqat Şöbəsinin rəisi, polis mayoru Bahadur Əliyеvdən razılığını bildirir, ona göstərilən dəstəyə görə minnətdarlıq еdir.

Bakı şəhər sakini Tahir Abdullayеv göndərdiyi məktubunda ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Murad Hüsеynov DİN-ə ünvanladığı məktubunda şikayət ərizəsinə tеz bir zamanda baхıldığına və dəymiş ziyanın qısa müddət ərzində ödənildiyinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Biləsuvar rayonu İsmətli kənd sakini Tеhran Dövlətov məktubunda Biləsuvar Rayon Polis İdarəsinin fəaliyyətindən razılığını bildirir və DİN rəhbərliyinə təşəkkürünü bildirir.