Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in Facebook izləyicisi Pərviz Muradov öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.

Vətəndaş İsmayıl Nadirlinin etdiyi müraciətə çevik reaksiya verildiyinə, avtomobilindən oğurluq edən şəxsin tutulmasında operativlik və fədakarlıq göstərək, həmin şəxsi məsuliyyətə cəlb etdiklərinə görə DİN rəhbərliyinə və Nizami RPİ-nin əmədaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cəmil Quliyev müraciətinə operativ şəkildə baxıldığına, yaranan probleminin həlli istiqamətində göstərdikləri köməkliyə, vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Şahin Xəlilovun övladının təhsil aldığı DİN-in Polis Akademiyasında kursantlar üçün yaradılan mükəmməl təhsil sistemi üçün öz adından və digər kursantların valideynləri adından DİN rəhbərliyinə təşəkkürünü və minnətdarlığını bildirir. 

İmişli rayon sakini Məhəmməd Əvəzov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin İmişli RPŞ-də obyektiv araşdırılmasına görə minnətdarlığını bildirir.

Zərdab rayon sakini Laçın Əsədov xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Hacıqabul rayon sakini Telman Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar ona köməklik göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

İnstagram izləyicisi (aktrisa) Gülşən Hüseyni öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.

 

Bakı şəhər sakini  Seymur Nadirli üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Xətai RPİ 36PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.