Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Rauf Əliyev hüquqlarının pozulmasına görə etdiyi müraciətə DİN tərəfindən çevik reaksiya verildiyi və aparılan araşdırmalardan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığı üçün Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Övladlarının daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul olunmasına görə Tərtər rayon sakinləri İlham Qədirov, Vidadi Bayramov və Qalib Almasov DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağdaş şəhər sakini Abdurəhman Abdurəhmanov borca verdiyi pulun qaytalmasında göstərdikləri köməyə görə Ağdaş RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Beyləqan rayon sakini Sənan Mehdiyev RPŞ əməkdaşlarının cinayətkarlıqla mübarizəsindən, yollarda təhlükəsizliyin etibarlı təmin edilməsindən razılığını bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirir.

Mingəçevir şəhər sakini Yusif Əkbərov “ALKE” şirkətindən etdiyi şikayətə vaxtında baxıldığına və onun əmək haqqının ödənilməsində göstərdiyi köməyə görə ŞPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Xaçmaz şəhər sakini Büllurə Əliyeva şikayətinə vaxtında baxıldığı və müvafiq tədbir görüldüyü üçün DİN rəhbərliyinə minnatdarlıq edir.

Gəncə şəhər sakini Elmira Salmanova uzun illərdən bəri həllini tapmayan məsələ ilə bağlı polisə müraciət etdikdən sonra məsələyə operativ yanaşıldığını və müvafiq hüquqi qiymətləndirmə nəticəsində onların haqlı olduqlarını üzə çıxardıqlarına, görülən tədbirlər nəticəsində ədalətin bərpa olunduğunagörə Gəncə Şəhər Baş Polis İdarəsinin, xüsusilə də Kəpəz RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Zair Mirzəyev göndərdiyi məktubunda ona göstərilən köməyə görə polisə minnətdarlıq edir və daxili işlər orqanlarının fəaliyyətindən razılığını bildirir.

Xətai rayon sakini İlkin Əhmədov göndərdiyi məktubunda polisin fəaliyyətini yüksək qiymətləndirir və buna görə DİN rəhbərliyinə təşəkkür edir.