Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Xalidə Mustafayeva DİN-ə ünvanladığı minnətdarlıq məktubunda “102” Xidməti Zəng Mərkəzinə etdiyi müraciətə operativ və tez bir zamanda baxılmasına görə Bakı Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

“Xəzər rayon məhkəməsində mülki işlə əlaqədar bərk əsəbləşdim. Birdən zalda halım pisləşdi və huşumu itirdim. Yanımdakıların dediyinə görə, orada xidmət aparan mühafizə polisinin əməkdaşı dərhal mənə ilkin tibbi yardım göstərib. Həyatımın xilas olunmasında göstərdiyi köməkliyə və fədakarlığa görə Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı Anar Süleymanova minnətdarlığımı bildirirəm.” Bu sözləri Bakı şəhər sakini, 2-ci qrup Qarabağ əlili Mehralı Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır.

Bakı şəhər sakini Gülarə Quliyeva oğlunun itkin düşməsi ilə bağlı müraciətinin tez bir zamanda müsbət həllini tapmasında ona göstərdikləri köməyə görə Binəqədi RPİ 7-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Eldəniz Hasilov qeydiyyata düşməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinə obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Astara rayonunun Kijəbə qəsəbə sakini Rasif Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssaslıqla yanaşılmasına və ona göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini, polis veteranı Nəcəf Cəfərli DİN-in A.N.Heydərov adına Respublika Hospitalında müalicə alarkən ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

157 və 100 nömrəli orta məktəblərin müəllim kollektivi və valideyn kömitəsinin üzvləri Binəqədi Rayon Polis İdarəsinin erkən nikah, dini radikalizm və narkomaniya ilə bağlı keçirdiyi tədbirlərdən, İdarə rəhbərliyinin əhalini narahat edən problemlərin həllində göstərdikləri köməklikdən razılıqlarını ifadə edir, həmkarlarımıza xidmətdə uğurlar azulayırlar.

Sumqayıt şəhər sakini Vusal Alıyev metronun İnşaatçılar stansiyasında halı qəflətən pisləşən həyat yoldaşı Günel Hüseynovaya kömək etdiklərinə və sərgilədikləri xoş ünsiyyətə görə həmkarlarımıza minnətdarlığını ifadə edir.

Şəhid polis övladı Vaqif Behbudov göstərdikləri səmimiyyətə, diqqət və qayğıya görə Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edir.