Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sabirabad rayonunun Qarağac kənd sakini Aminə Bayramova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı dələduzluq edilməsi ilə bağlı polisə etdiyi müraciətin peşəkarlıqla araşdırılaraq cinayətkarın məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə Sabirabad RPŞ və Qaragüney PB-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Qarabağ müharibəsi veteranı, Goranboy rayon sakini Rauf Dadaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda BDYPİ-nə bilavasitə tabe olan Gəncə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərliyinə və əməkdaşlarına vətəndaş müraciətlərinə və onların qayğılarına həssaslıqla yanaşılmasına görə öz minnətdarlığını bildirir.

Salyan rayonunun Həsənli kənd sakini Xatirə Sarıyeva cari il sentyabrın 13-də Ələt-Astara yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində ağır yol qəzasına düşdüklərini bildirir.

X.Sarıyeva baş vermiş hadisənin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində obyektiv araşdırıldığına, hüquq və vəzifələrinin izah olunduğuna, həmçinin dəymiş maddi və mənəvi ziyanın qismən ödətdirildiyinə görə ailəsi adından DİN rəhbərliyinə və Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağstafa rayonunun Köçəsgər kənd sakini Sədaqət Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda itmiş mobil telefonunun tapılaraq geri qaytarılmasına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə DİN və Ağstafa RPŞ-nin rəhbərliklərinə öz minnətdarlığını bildirir.

Şəhid atası Pirəli Orucəliyev öz təşəkkür məktubunda bu qurumda gənc əməkdaşlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edir, həmin diqqətdən onun ailəsinə də sevinc payı düşdüyünü yazır. Digər oğluna zabit rütbəsi verilərək xidmətdə irəli çəkilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kənan Qasımov DİN-ə ünvanlandığı təşəkkür məktubunda müraciətinə Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsində operativ baxılaraq həllini tapdığına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şəhriyar Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə etdiyi şikayət ərizəsinə vaxtında və operativ baxıldığına görə minnətdarlıq edir.

Bakı şəhər sakini Vaqif Rəhimov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin qısa zamanda aradan qaldırılmasına göstərilən köməkliyə görə Bakı Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Aytəkin Bayramova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməyə görə Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. İctimai sabitliyin təminində, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında polisin xidməti fəaliyyətini yüksək dəyərləndirir.