Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elmir Məhərrəmov şikayət ərizəsinə baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

“Azerconnect” MMC-nin rəhbərliyi üzləşdikləri problemin həllində göstərdiyi köməkliyə görə Nizami RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

İran İslam Respublikasının vətəndaşı Şəmsi Şəmsəddin Fətulla oğlu ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis mayoru Fəxri Babazadəyə və Baş idarənin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Bəxtiyar Əlizadə gələcəyin polislərinə DİN-in Polis Akademiyasında yaradılan şəraitdən, burda təhsilin və təlimin yüksək səviyyədə təşkilindən razılığını ifadə edir.

Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini, şəhid polis övladı Vaqif Behbudov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə, səmimi qəbula və xoş ünsiyyətə görə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Əyyubova minnətdarlığını bildirir.

Saatlı rayon Qaralar kənd sakini Sərxan Mirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Saatlı RPŞ-nin rəisi Azər Tağıyevdən razılıq edir və minnətdarlığını ifadə edir.

Ağsu rayonu Nüydi kəndinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayon polis şöbəsində müraciətlərinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasına, RPŞ rəhbərliyinin vətəndaşlara yüksək mədəniyyətlə yanaşmasına, ictimai qaydanın və asayişin qorunmasına görə minnətdarlıqlarını ifadə edirlər.

Cəlilabad rayonunun Üçtəpə kənd sakini Sadıq Yarıyev öz təşəkkür məktubunda Respublika ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına, sabitliyin qorunmasına və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.