Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı Dağ Yahudiləri Dini İcmasının sədri Milix Yevdayev Berlindəki “Bakinets” cəmiyyətinin sədri Elmira Əşrəfovanın Yasamal qəbirstanlığında aparılmış abadlıq işləri ilə bağlı DİN-ə ünvanladığı məktuba əsasən, məsələni araşdıraraq düzgün qərar çıxardığına, obyektiv hüquqi qiymət verdiyinə, bu həssas mövzuya vətəndaş mövqeyi nümayiş etdirdiyinə, eləcə də öz vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Yasamal RPİ-nin baş müstəntiqi, polis mayoru Mehrab Məmmədova İcma üzvləri adından təşəkkürünü bildirir.

Aliment öhdəliyindən yayındığı üçün axtarışa verilməsi ilə bağlı qərar çıxarılmış S.Kərimovun qısa zaman kəsiyində tutulmasında göstərdiyi köməkliyə görə Bakı şəhər sakini Səbinə Babayeva Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyinə, xüsusən də polis kapitanı Elvin Bədəlova təşəkkürünü bildirir.

Respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi, UNESCO-nun Azərbaycan təmsilçisi, kamança ifaçısı Pərviz Fərhadov qardaşı, polis baş serjantı Bəhruz Fərhadovun xidmətdə üzləşdiyi problemlərin qısa zamanda araşdırılıb aradan qaldırılmasında göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini, I qrup əlil Həsən Əliyev DİN-ə ünvanlandığı məktubunda yaşadığı Bakıxanov qəsəbəsində qonşusu ilə aralarında yaranmış mübahisə ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, 13-cü Polis Bölməsinin əməkdaşı M.Kəlbalıyevin müraciəti araşdıraraq qonşusu ilə barışığa dəvət etdiyini qeyd edir.

H.Əliyev xoşrəftar, təvazökar, mədəni və öz işinə məsuliyyətlə yanaşan həmin polis əməkdaşının timsalında bütün daxili işlər orqanlarının əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mirağa Adıgözəlov öz məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN və Səbail RPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Cəlilabad rayon Əliqasımlı kənd tam orta məktəbinin direktoru Natiq Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda təhsil müəssisələrində mütəmadi olaraq keçirilən narkomaniya və erkən nikaha qarşı maarfləndirmə tədbirlərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov DİN-ə ünvanladığı təşəkkür məktubunda ictimai-siyasi sabitliyin qorunmasında, qanunsuz küçə ticarətinin qarşısının alınmasında göstərdiyi əzimkarlığa və köməkliyə görə minnətdarlığını ifadə edir.

Xəzər rayonunun Binə qəsəbə sakini Böyükxanım Cabbarova DİN-ə ünvanladığı minnətdarlıq məktubunda cinayətkar qrup və dəstələrin ifşa edilib tutulmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, qəsəbədə yaradılmış sabitliyə, əmin-amanlığa görə vəzifə borclarının öhdəsindən layiqincə gələn Rayon Polis İdarəsinin 3-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Salyan rayon sakini İbadət Salahov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq probleminin müsbət həllini tapmasında ona göstərilən köməyə görə Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəbrayıl Vəliyevə minnətdarlığını bildirir.