Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara şəhər sakini Hüseynağa Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə bağlı ona köməklik göstərilməsinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Kürdəmir rayon sakini İbadulla Hacıyev müraciətinin müsbət həll olunmasında və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Kürdəmir RPŞ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

İmişli rayonunun Yalavac kəndində yaşayan Tacivan Zeynalov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sabirabad rayon sakini R.Babayeva, Göyçay rayon sakini G.İsgəndərova, Ağcabədi rayon sakini S.Qasımovanın DİN rəhbərliyinə göndərdikləri təşəkkür məktublarında müraciətlərinin müsbət həll olunduğu üçün İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Neftçala şəhər sakini, “QHT Oriyad” İctimai-Xeyriyyə təşkilatının sədr müavini Hüseyn Cavadov DİN rəhbərliyinə 15 nəfər həmyerlisinin imzası ilə təşəkkür məktubu ünvanlayıb. Məktubda Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Neftçala rayonunda brokonyerliyə qarşı ciddi mübarizə tədbirləri gördüyü vurğulanır və polislərin bu alqışa layiq hərəkəti minnətdarlıqla qeyd edilir.

Bakı şəhərində yaşayan Necati Elamana müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Baş Cinayət Axtarışı və Xətai Rayon Polis İdarələrinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sabirabad rayonunun Nərimankənd kənd sakini Məlahət Usubova DİN-ə ünvanladığı təşəkkür məktubunda yol-nəqliyyat hadisəsini törətmiş təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına görə minnətdarlığını ifadə edir.

Şamaxı rayonunun Çöl Göylər kənd sakini İlkin İsrəfilov öz məktubunda 12 baş mal-qarasının oğurlanması ilə bağlı Şamaxı RPŞ-də aparılan obyektiv araşdırmadan razılıq edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Zığ qəsəbə sakini Elnur Abdullayev Sulutəpə qəsəbəsində yerləşən dükana nisyə verdiyi ərzaq məhsullarının pulunun ödətdirilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Kamran Əliyevə təşəkkürünü bildirir.