Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Anar Allahverdiyev oğurlanmış avtomobilinin tapılmasında göstərilən köməyə görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlıq edir.

Ağdaş rayon sakini Şahin Nuhov Şəki şəhərində olarkən Yol Patrul Xidməti əməkdaşlarının fəaliyyətini müşahidə edərək DİN-ə təşəkkür mətubu ünvanlayıb: “Yaxın günlərin birində Şəki şəhərində olarkən diqqətimi qeyri-ixtiyari bir mənzərə cəlb etdi. Günorta vaxtı dərsdən çıxan bir dəstə azyaşlı şagird marşurut avtobuslarına daha tez minmək üçün məktəbin yaxınlığından keçən avtomobil yolunun hərəkət hissəsinə doğru qaçdılar. Bunu görən Dövlət Yol Polisinin 2 əməkdaşı dərhal xidməti maşından düşərək yaranmış mürəkkəb vəziyyəti nəzarətə götürdülər. Onlar azyaşlıları böyük nəzakət və təmkinlə növbə ilə müxtəlif marşurut avtobuslarına əyləşdirdilər. Mən bu mənzərəni 15 dəqiqə müşahidə etdim. Kim bilir, polislərin həmin anda bəlkə də daha vacib işləri var idi. Amma onlar gördükləri bu işi hər şeydən vacib saydılar. Halbuki, bunu dayanacaqda gözləyən valideynlər, oradan ötən hər bir kəs edə bilərdi. Doğrusu bu mənzərəni seyr edərkən həmin polislərə yaxınlaşıb adlarını soruşmağa macal tapmadım. Polis əməkdaşlarının bu humanist hərəkətindən qürurlanıb, fərəh hissi keçirdim.

Buna görə DİN-in bütün şəxsi heyətinə, xüsusi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”

Bakı şəhər sakini Fatma Əliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Məhəmməd Əliyevə xidməti borcunu layiqincə yerinə yetirdiyinə görə təşəkkür edir.

Bakı şəhər sakini Ayaz Rəfiyev Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir, müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ədalət Qəmbərov müraciətinə operativ və obyektiv şəkildə baxılaraq müsbət həllini tapmasında ona göstərdikləri köməyə görə Bakı şəhər Baş Polis İdarəsinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəki şəhər sakini Maral Xəlilova Şəki ŞRPŞ Dövlət Yol Polisi Bölməsinin rəisi Şəhmir Uluxanovun xidməti vəzifəsinə layiqli yanaşması ilə bağlı minnətdarlığını bildirir.

Ucar rayon sakini Ayxan Rəhimov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin operativ şəkildə həll olunmasında göstərdiyi köməkliyə görə təşəkkürünü bildirir.

Şəki rayon sakini Xocalı İsmayılov müraciətinin müsbət yöndə həll edilməsinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Vətəndaş Oruc Musayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının xidməti fəaliyyətlərindən razılıq edir.