Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tovuz rayonu Qəribli kənd sakini Samir Rzaquliyev göndərdiyi məktubda üzləşdiyi problemin həll edilməsində ona göstərilən köməyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Bəhrəm Hüseynov yollarda təhlükəsizliyi etibarlı təmin edən həmkarlarımızdan razılığını bildirir.

Bakı şəhər sakini Vüqar Əliyev ona məxsus əmlakın qanunsuz olaraq qohumu tərəfindən ələ keçirilməsindən sonra etdiyi müraciətə Xəzər RPİ-nin rəhbərliyi tərəfindən qısa zaman kəsində baxıldığına və pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməyə görə həmkarlarımıza təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Leysan İlyasov şikayətinin təmin edilməsində, ona dəymiş ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş İdarənin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Tovuz rayonu Yanıqlı kənd sakini Tahir Rüstəmov göndərdiyi məktubda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı qətiyyətli mübarizədə RPŞ əməkdaşlarının rolunu yüksək qiymətləndirir, onların fəaliyyətindən razılığını bildirir.

Bakı şəhər sakini Cavad Cavadov göndərdiyi məktubda Sumqayıt ŞPİ əməkdaşlarının vətəndaşlarla xoş münasibətindən məmnun qaldığını yazır.

Vətəndaş Elnur Qoçayev göndərdiyi təşəkkür məktubunda Qusar RPŞ Şahdağ Polis Bölməsi əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir.

Bakı şəhər sakini Mayıl İsmayılov göndərdiyi məktubda DİN-in A.Heydərov adına Respublika Hospitalında yaradılan şəraitdən və Nevrologiya şöbəsində müalicə alarkən ona göstərilən tibbi xidmətdən razılığını bildirir. M.İsmayılov buna görə DİN rəhbərliyinə minnətdarlıq edir.

İran İslam Respublikasının vətəndaşı Tağızadə fabriki Məsud Mehdi göndərdiyi teleqramda yazır ki, Təbrizdən Bakıya ailəsi ilə birlikdə istirahətə gəlib. Avqustun 8-də paytaxtda olarkən həyat yoldaşının mobil telefonu naməlum şəraitdə itib. O, bununla bağlı Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının operativliyi nəticəsində mobil telefon tapılaraq sahibinə qaytarılıb. İran vətəndaşı buna görə DİN rəhbərliyinə və 22-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.