Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rövşən Kişiyev qardaşının üzləşdiyi quldurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxslərin saxlanılmasında, məsuliyyətə cəlb olunmasında, eləcə də dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nizami RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Yevlax rayon sakini Zəminə Gülüstani tanımadığı şəxs tərəfindən qızının şantaj edildiyini, bu barədə polisə müraciət edərək kömək istədiyini yazır. Qısa zaman kəsiyində problemin aradan qaldırıldığını, həmin şəxsin məsuliyyətə cəlb olunduğunu bildirir. Buna görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Vətəndaş Kamran Əkbərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Pərvin İbrahimov üzləşdiyi problemin həllində ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Pirallahı rayon sakini Mehriban Əliyeva müraciətinə operativ baxılaraq itirdiyi əşyasının tez tapılıb ona təhvil verilməsinə görə Pirallahı Rayon Polis İdarəsinə minnətdarlığını bildirir. 

Vətəndaş Emil Müzəffərli etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinə təşəkkürünü bildirir. 

Vətəndaş Fidan Dünyamalıyeva müraciətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Zaqatala rayon sakini Azad Əliyev etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər rayon sakini Tünzalə Əzizova etdiyi müraciətlə bağlı ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.