Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Şahin Cəfərov təşəkkür məktubunda etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Əfqan Səfərli adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə BDYPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Qiyas Quliyev blokda quraşdırılan videokameraların oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Nizami RPİ 24-cü Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Gəncə şəhər sakini Hüseyn Vəliyev hərbi biletinin itməsi ilə bağlı müraciətinə Gəncə ŞBPİ-nin Kəpəz RPİ-də operativ reaksiya verilərək tapılmasından razılığını bildirir.

Rövşən Əsədov adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə BDYPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Gəncə şəhər sakini Cavanşır Qocayev “Aşura” günü münasibəti ilə İmamzadə Ziyarətgahında təhlükəsizliyin və növbəliliyin yüksək səviyyədə təmin olunmasında göstərdikləri peşəkar xidmətə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

salahov_19 adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Vüqar Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol-nəqliyyat hadisəsinin Gəncə ŞBPİ-nin İstintaq və Təhiqaqat İdarəsində obyektiv araşdırılmasından razılığını bildirir.

İmişli rayon sakini Tapdıq Əbişov nəvəsinin daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.