Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
28.07.2023
İyulun 28-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən bir avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb
İyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Priora” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Şahbazov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-də rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Şahbazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakini E.Məmmədovdan heroin aşkar olunaraq götürülüb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən kafedə işçilərdən birinin cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyeva saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da rayon ərazisində yerləşən kafedə işçilərdən birinin içərisində 1200 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyeva saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mehdiabad qəsəbəsi ərazisində yerləşən marketlərin birindən içərisində pul olan dəmir seyf və 1200 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini F.Ocaxverdiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş O.Bayramov saxlanılıblar. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki evlərdən birinin dəhlizindən velosiped oğurlamaqda şübhəli bilinən E.İsmayılov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərdən birinin dəhlizindən velosiped oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Lənkəran rayonunun Gərmətük kəndindəki bir həyətyanı sahədən 11 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-na keçən gecə Gərmətük kəndindəki bir həyətyanı sahədən 11 baş qoyun oğurlamaqda şübhəli bilinən kənd sakinləri T.Nağızadə, A.İsmayılov və M.Hüseynzadə saxlanılıblar. Araşdırma aparılır.
Şəki şəhər sakini T.Cabbarovdan marixuana götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarovdan 390 qram marixuana aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun Təzəkənd kənd sakini E.Abdullayevə məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Təzəkənd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.