DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb

27.04.2024

Metronun “Koroğlu” stansiyasının yaxınlığında yol polisinə tabesizlik göstərərək qaçmağa çalışan motosiklet sürücüsü, paytaxt ərazisində narkokuryerlik edən 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu barəsində Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxsdən 2 kiloqrama yaxın heroin, 105 qram tiryək, 2 qram metamfetamin, marixuana və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi götürülüb.
Qeyd edək ki, T.Əliyev ötən gün Nizami Rayon Polis İdarəsinin və  Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. T.Əliyev bu səbəbdən yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib.

Youtube linki - https://www.youtube.com/watch?v=HkJvWkGmDNA

 

 

27.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 27.04.2024
  • Nizami rayonu ərazisində mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Talıbov saxlanılıb 27.04.2024
  • “Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb 27.04.2024
  • Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb 27.04.2024
  • Yasamalda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər 27.04.2024