Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 110 cinayətin açılması təmin olunub
14.03.2024
Martın 14-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 8 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 21 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 4,2 kiloqrama yaxın marixuana olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisindən odlu silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub
Martın 14-də saat 15 radələrində Abşeron rayonu ərazisində “BMW” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü A.Məmmədxanovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib. Məhkəmənin qərarı ilə A.Məmmədxanov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs olunub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Martın 14-nə keçən gecə Siyəzən şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Kazımov avtomobillə saxlanılaraq Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib.Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə martın 14-də Barlı kəndi ərazisindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə avtomobillə saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təmir alətləri oğurluqda şübhəli bilinən M.Məmmədov, Masazır qəsəbəsində isə bir mənzildən 7450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Gülməmmədov saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Ceyranbatan qəsəbəsində bir evdən 2220 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən M.Məmmədov, Masazır qəsəbəsində isə bir mənzildən 7450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Gülməmmədov saxlanılıblar. Hər iki faktla bağlı araşdırma aparılır.
Mağazaların birində satıcıya 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən S.Nəsirov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində mağazaların birində satıcıya 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən S.Nəsirov saxlanılıb. Onun qəsəbə sakini olan digər bir nəfərin 190 manatını dələduzluq yolu ilə alması da müəyyən olunub. Araşdırma aparılır.
Polis əməkdaşları bank kartlarından oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə paytaxt sakini olan bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məmmədov müəyyən edilərək saxlanılıb. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 86 manatını oğurlamaqda şübhəli bilinən Rəhman Fətəliyev saxlanılıb.Xırdalan şəhərində və Masazır qəsəbəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından oğurluqla bağlı polisə məlumatlar daxil olub. Araşdırmalarla 3 bank kartından ümumilikdə 847 manatın oğurlanması müəyyən edilib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev və bir yeniyetmə saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.