Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən H.Yarəlizadə saxlanılıb
17.03.2024
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş H.Yarəlizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir avtomobildən maqnitofon və səsgücləndiricilər, bir mağazadan isə 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən S.Seyfullayev saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “VAZ-2107” markalı bir avtomobildən maqnitofon və səsgücləndiricilər, bir mağazadan isə 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Seyfullayev saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
16.03.2024
Martın 16-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonunun Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən su çəni oğurlamaqda şübhəli bilinən İ.Mustafayev və Y.İsmayılov saxlanılıblar
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 5500 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Mustafayev və Y.İsmayılov saxlanılıblar. Araşdırma aparılır.
Nərimanovda “Porsche”-nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar
Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb. Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
15.03.2024
Martın 15-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 qumbara, 7 tüfəng, 2 patron darağı və 138 ədəd patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də ümumi çəkisi 26,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4 kiloqramdan artıq heroin, 18,4 kiloqrama yaxın marixuana və 4,1 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxt sakini olan bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən Ü.Qəhramanov saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 6-da paytaxt sakini olan bir nəfərin bank kartından 500 manatını oğurlamaqda şübhəli bilinən Ü.Qəhramanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.