DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamalda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər

27.04.2024

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb. Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən velosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyev saxlanılıb.
V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=mglK8gvhAT8

 

 

27.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 27.04.2024
  • Nizami rayonu ərazisində mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Talıbov saxlanılıb 27.04.2024
  • “Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb 27.04.2024
  • Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb 27.04.2024
  • Yasamalda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər 27.04.2024