Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xırdalan şəhəri ərazisində bir yarımtikilidən oğurluq etməkdə şübhəli bilinən S.Bağırov saxlanılıb
19.04.2024
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində bir yarımtikilidən inşaat materialları, təmir alətləri, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən S.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
18.04.2024
Aprelin 18-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng və 4 patron təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Aprelin 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng və 4 patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Aprelin 18-də ümumi çəkisi 6,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 18-də ümumi çəkisi 6,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq etməkdə şübhəli bilinən N.Sayadov saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iki marketdən ümumilikdə 100 manat pul, 3000 manat dəyərində tütün məmulatı və 1000 manat dəyərində qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Sayadov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində avtomobildən pul və evlərin birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində “Mercedes” markalı avtomobildən 300 manat pul və evlərin birinin qarşısından 1200 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Əhmədov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Bir şəxsin bank kartından 478 manatını oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir şəxsin bank kartından 478 manatını oğurlamaqda şübhəli bilinən P.Əliyev, A.Əli və Z.Əliyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində bir şəxsə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən R.Nuriyev saxlanılıb
Xırdalan şəhəri ərazisində bir şəxsin 250 manatının soyğunçuluq yolu ilə talanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Nuriyev saxlanılıb. Onun axtarışda olması da müəyyən edilib.Araşdırma aparılır.