Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lökbatan qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluğa cəhd göstərməkdə şübhəli bilinən B.Zeynalov saxlanılıb
01.03.2024
Martın 1-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluğa cəhd göstərilməsi barədə polisə məlumat daxil olub. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən B.Zeynalov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonunda üzərlərində “Makarov” və 3 kiloqram narkotik vasitə olan şəxslər saxlanılıblar
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb. Onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkar edilib. Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 81 cinayətin açılması təmin olunub
29.02.2024
Fevralın 29-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 6 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 44 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Fevralın 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 2 tüfəng, 1 patron darağı və 12 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 29-da ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayonunun S.S.Axundov küçəsində 10 ədəd şam ağacını kəsənlərin şəxsiyyəti müəyyən olunub
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 28-də S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.Araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində 2 evdən mobil telefonlar oğurlamaqda şübhəli bilinən X.Əliyev saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Ə.Rəsulzadə qəsəbəsində 2 evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan və bir şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan 1900 manat pul, 800 manat dəyərində danışıq kartları və tütün məmulatı, bir şirkətdən 1000 manat dəyərində avadanlıq, ehtiyat hissələri və elektrik kabelləri oğurlamaqda şübhəli bilinən C.Qorçuyev, T.Salahov, Ş.Mustafayev, E.Quliyev və P.Nağıyev saxlanılıblar. Araşdırma aparılır.