Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu ərazisində saxlanılan Z.Ramazanovun avtomobilindən narkotik vasitələr aşkar olunaraq götürülüb
29.02.2024
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Z.Ramazanov saxlanılıb. Onun idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı oradan 130 qram marixuana, 750 ədəd metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Bir qadının çantasından oğurluq etməkdə şübhəli bilinən R.Qibləliyev saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının çantasından pul, qızıl boyunbağı və mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Qibləliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı
Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
28.02.2024
Fevralın 28-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Fevralın 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 4,7 kiloqramdan artıq narkotik vasitə və 3406 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də ümumi çəkisi 4,7 kiloqramdan artıq narkotik vasitə və 3406 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Paytaxt sakini olan bir nəfərin bank kartından 700 manatını oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfərin bank kartından 700 manatının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində saxlanılan C.Qasımovdan silah və narkotik vasitələr götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə C.Qasımov şəhər ərazisində saxlanılıb. Ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.