Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kürdəmir rayon sakini olan bir şəxsi aldadaraq hesabına 6000 manat pul ödətdirməkdə şübhəli bilinən M.İlqarlı saxlanılıb
23.05.2024
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kürdəmir rayon sakini olan bir şəxsi aldadaraq hesabına 6000 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş M.İlqarlı müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini olan bir şəxsi aldadıb hesabına 800 manat pul ödətdirməkdə şübhəli bilinən N.Mehdiyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Aşağı Güzdək qəsəbə sakini olan bir şəxsi aldadıb hesabına 800 manat pul ödətdirməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Mehdiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Müxtəlif vaxtlarda bir neçə şəxsə qarşı dələduzluq törətməkdə şübhəli bilinən E.Şirinov, A.Kərimov və M.Quliyev saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə müxtəlif vaxtlarda dələduzluq yolu ilə 3 nəfərdən 105, 90 və 75 manat məbləğində pul və noutbuk almaqda, bir nəfəri isə aldadıb hesabına 50 manat pul ödətdirməkdə şübhəli bilinən E.Şirinov, A.Kərimov və əvvəllər məhkum olunmuş M.Quliyev saxlanılıblar.Hər 4 faktla bağlı araşdırma aparılır.
Müxtəlif vaxtlarda Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən iki marketdən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən O.Əliyev və A.Həşimov saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Masazır qəsəbəsi ərazisində yerləşən iki marketdən ümumilikdə 900 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən O.Əliyev və A.Həşimov saxlanılıblar. Araşdırma aparılır.
Yasamal və Nizami rayonları ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən T.Babayev saxlanılıb. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Gəncə şəhəri ərazisində evlərin birindən oğurluq etməkdə şübhəli bilinən E.İbrahimov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində evlərin birindən 2400 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.İbrahimov saxlanılıb. Araşdırma aparılır.
Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərindən, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər. E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Xəzər rayonunda gözətçi işlədiyi evdən tanışı ilə birlikdə 125.000 manatlıq inşaat materialları oğurlayıb
22.05.2024
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125.000 manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
Mayın 22-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 22-də polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər.