Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisində evlərin birindən pul və mobil telefonlar oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
24.05.2024
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 350 manat pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin Kotec qəsəbəsində evlərin birindən 4700 manat pul oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıblar
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kotec qəsəbəsində evlərin birindən 4700 manat pul oğurlamaqda şübhəli bilinən A.Quliyev, Ə.Əliyev və Y.İsrafilov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində iki evdən oğurluq etməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində bir evdən 500 metr naqil, digər bir evdən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində bir həyətdən 7 baş qoyun oğurlamaqda şübhəli bilinən E.İbrahimov saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir həyətdən 7 baş qoyun oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.İbrahimov saxlanılıb. Araşdırma aparılır.
Bakıda əli çətirli mənzil oğrusu saxlanılıb
Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib.Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.Qeyd edək ki, C.Həsənov oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədi ilə özü ilə həmin ünvana gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, C.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
23.05.2024
Mayın 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 tüfəng, 96 patron darağı və 38 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Mayın 23-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 23-də ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə, həmçinin 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 3 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 20-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş 1960-ci il təvəllüdlü kişi, mayın 21-də Xəzər rayonunun Türkan qəsəbəsində itkin düşmüş 1989-cu il təvəllüdlü qadın və Nəsimi rayonu ərazisində itkin düşmüş 1986-cı il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.