Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhəri ərazisində evlərin birindən 1200 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Hüseynov saxlanılıb
25.05.2024
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində evlərin birindən 1200 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ş.Hüseynov saxlanılıb.Araşdırma aparlır.
Polis avtomobil qaçıranları təqib edərək saxladı - Anbaan video
Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb. Polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib. Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəlüldlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıb. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb.Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.
Nizami rayonunda narkokuryerlər saxlanılıb, onlardan 10 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu aşkarlanıb
Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu aşkarlanıb.Həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən satmaq niyyəti ilə əldə etdiyi 5 kiloqram marixuana aşkar olunub. A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imişlər.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
24.05.2024
Mayın 24-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara və 4 tüfəng təhvil götürüblər.
Ümumi çəkisi 8,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 24-də ümumi çəkisi 8,2 kiloqramdan artıq narkotik vasitə, həmçinin 450 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng və 65 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Dələduzluğa görə axtarışda olan 14 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Kürdəmir və Bərdə rayonunda itkin düşmüş üç nəfər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 30-da Kürdəmir rayonunda itkin düşmüş 2001-ci il təvəllüdlü qız, mayın 14-də Bərdə rayonunda azyaşlı övladı ilə birgə itkin düşmüş 1993-cü il təvəllüdlü qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Paytaxt sakini olan bir qadının qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Ağazadə saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir qadının qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Ağazadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.