Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tərtər rayonunun Xoruzlu kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib
19.06.2024
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xoruzlu kəndinin ərazisində yabanı halda bitmiş 6,5 ton çəkidə 17200 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Quba rayonunun Digah kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Digah kəndinin ərazisində yabanı halda bitmiş 2,4 ton çəkidə 8143 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Ağsu rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yabanı halda bitmiş 1,4 ton çəkidə 3115 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 2 ədəd patron təhvil götürüblər. Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,7 kiloqramdan artıq heroin, 5,1 kiloqramdan artıq marixuana, 2,7 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
18.06.2024
İyunun 18-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabından 100 manat, 600 ABŞ dolları və 320 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ofislərin birindən 2886 manat oğurlamaqda şübhəli bilinən Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb
İyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub.Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.