Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
16.06.2024
İyunun 16-da ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 tüfəng, 1 patron darağı və 1930 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 56 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 15-də və 16-da ümumi çəkisi 2,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 56 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 18 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 15-də və 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Nərimanov rayonu ərazisində bir nəfərin çantasından 700 manatını oğurlamaqda şübhəli bilinən E.Tağızadə müəyyən olunaraq saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 14-də rayon ərazisində bir nəfərin çantasından 700 manatını oğurlamaqda şübhəli bilinən E.Tağızadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Əvvəllər məhkum olunmuş A.Fərəcovdan 1 kiloqram 520 qram marixuana aşkar olunaraq götürülüb
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuş A.Fərəcovdan 1 kiloqram 520 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
15.06.2024
İyunun 15-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən İ.Əliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir nəfərin 2290 manatının, bir nəfərin isə mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumatlar daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməllərini törətməkdə şübhəli bilinən İ.Əliyev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Binəqədi Rayon Polis İdarəsində hər iki faktla bağlı araşdırma aparılır.
Xətai rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən K.Nəzərov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb
İyunun 15-də Xətai rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən K.Nəzərov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.