Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mayın 13-də ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
13.05.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 13-də ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıblar
Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Astara rayonunda keçirilən növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıblar. Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb.Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
12.05.2024
Mayın 12-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Mayın 11-də və 12-də ümumi çəkisi 39 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 11-də və 12-də ümumi çəkisi 39 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Mayın 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən S.Mirzəliyev və qardaşı R.Mirzəliyev saxlanılıblar
Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Mirzəliyev və qardaşı R.Mirzəliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 2300 manatının oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Paytaxt sakini olan bir nəfər şəxsin bank kartından 2300 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.Araşdırmalarla həmin şəxsin idarə etdiyi “Toyota” markalı avtomobilində sərnişinin onun mobil telefonunu danışmaq adı ilə alması və geri qaytararkən bank kartından 2300 manatının oğurlanması məlum olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfər şəxsin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfər şəxsin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub
11.05.2024
Mayın 11-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. Сinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından 4000 manatını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından 4000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.