Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayonunun Lənbəran kənd sakini E.Rüstəmova məxsus həyətyanı sahədən 105 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb
14.06.2024
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lənbəran kənd sakini E.Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Zaqatala rayonunun Car kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Car kəndi ərazisində yabanı halda bitmiş 3,7 ton çəkidə 7884 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 9 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 65,7 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-də ümumi çəkisi 65,7 kiloqrama yaxın artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,9 kiloqrama yaxın heroin, 58,9 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 8808 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb
Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb. Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
13.06.2024
İyunun 13-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən S.Quliyeva saxlanılıb
İyunun 10-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat pul və 5500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən S.Quliyeva müəyyən olunaraq saxlanılıb. Onun dələduzluq yolu ilə digər bir qadının 2500 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib. Araşdırma aparılır.