Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 78 cinayətin açılması təmin olunub
12.06.2024
İyunun 12-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunu dələduzluq yolu ilə alımaqda, bir nəfəri isə aldadaraq adına 6000 manat kredit götürməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Hüseynov, F.Qəşəmov və E.Qaragözov müəyyən olunaraq saxlanılıblar.Hər iki faktla bağlı araşdırma aparılır.
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus inşaat materiallarını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində bir nəfərə məxsus 500 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən R.Əhmədov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də rayon ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən R.Əhmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən E.Səfərəliyev saxlanılıb
İyunun 10-da Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərəliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində evlərin birindən 2 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
İyunun 12-də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində evlərin birindən 2 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yasamal rayonu ərazisində oğurluqda şübhəli bilinən S.Səlimov, Salyan rayonu ərazisində isə eyni növ cinayətdə şübhəli bilinən X.Bədəlov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində ictimai nəqliyyatda bir qadının çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Səlimov, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Bədəlov saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Ağdaş rayonu ərazisində 2 nəfərə məxsus piştaxtalardan ümumilikdə 760 manat dəyərində lotereya biletlərini oğurlamaqda şübhəli bilinən R.Hacıyev saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 nəfərə məxsus piştaxtalardan ümumilikdə 760 manat dəyərində lotereya biletlərini oğurlamaqda şübhəli bilinən, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Kəlbəcər şəhəri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş 1,4 ton çəkidə 3518 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçındərbənd kəndi ərazisində yabanı halda bitmiş 3,1 ton çəkidə 20017 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.