Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıblar
07.06.2024
Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub. Hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Qeyd edək ki, bu şəxs əvəllər də oğurluq etdiyi üçün məhkum olunub və bu ilin fevralında azadlığa buraxılıb. İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı şəhər ərazisində binaların girişlərindən vətəndaşlara məxsus velosipedləri oğurlayan əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramil İsgəndərov da saxlanılıb. Onun üzərində əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. R.İsgəndərovun Sumqayıt şəhərində 20-yə yaxın velosiped oğurladığı məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Qeyd olunan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
06.06.2024
İyunun 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 tüfəng və 3 patron darağı təhvil götürüblər.
İyunun 6-da ümumi çəkisi 15,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 15,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin 603 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İyunun 6-da dələduzluğa görə axtarışda olan 15 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İyunun 6-da polis itkin düşmüş kimi axtarışda olan 3 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 18-dən Şəki rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 78 yaşlı kişi, mayın 27-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, iyunun 5-dən Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən mağazaların birindən geyim əşyasını oğurlamaqda şübhəli bilinən A.İsgəndərov saxlanılıb
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluq əməlini törətməkdə şübhəli bilinən A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində bir nəfər şəxsin pulunu oğurlamaqda şübhəli bilinən V.Əlizadə saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Badamdar qəsəbəsi ərazisində bir nəfər şəxsin 351 manat pulunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş V.Əlizadə saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən və bir restorandan oğurluq etməkdə şübhəli bilinən E.Hümbətov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 3-də rayon ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən 4478 manat pul, bir restorandan isə pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən E.Hümbətov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisində “Hyundai” markalı avtomobildən pul və bank kartı oğurlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-nə keçən gecə şəhər ərazisində “Hyundai” markalı avtomobildən 1000 manat pul və bank kartı oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.